NATO PA-NIN ROUZ-ROUT SEMİNARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
25 iyun 2018 | 05:06   
Paylaşın:        
İyunun 27-dən 29-dək Makedoniyanın Skopye şəhərində NATO Parlament Assambleyasının 98-ci Rouz-Rout seminarı keçiriləcəkdir. Sessiyada Azərbaycanı Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov təmsil edəcəkdir. 
“Qərbi Balkanların avro-atlantik inteqrasiyası: Avropanın sülh layihəsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş seminarda Qanunun aliliyinin möhkəmləndirilməsi, Administrasiya və məhkəmə sahəsində islahatlar, Korrupsiyaya qarşı mübarizə, Miqrasiya böhranı, Müdafiə və təhlükəsizlik sektorunda islahatlar, İctimai rəyin yaradılmasında dezinformasiyanın və yanlış məlumatların rolu və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Deputatımız müzakirə olunacaq mövzular barədə çıxışlar edəcək, qeyd və təkliflərini bildirəcəkdir. 

    Milli Məclisin    
        Mətbuat xidməti




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU