TÜRKPA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
11 sentyabr 2018 | 04:09   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov, həmçinin Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova qurumun tədbirlərində iştirak etmək üçün sentyabrın 12-dən 15-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.
TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasında Əhliman Əmiraslanovun sədrliyi ilə “Genetik modifikasiya olunmuş orqanizmlər və onların yayılmasının təsiri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq, geniş fikir mübadiləsi aparılacaq.
Qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasında isə “Kino və animasiya türkdilli ölkələrdə türk mədəni irsinin hissələri kimi” mövzusunda hesabat və tövsiyələr gündəmdə olacaq. Deputatlarımız iclaslarda gedən müzakirələrdə yaxından iştirak edəcəklər. 
Sonra “TÜRKPA-ya üzv dövlətlərdə kinoteatr və animasiya” adlı seminar keçiriləcək. Səfər çərçivəsində tədbir iştirakçılarının Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Jumabekovla görüşü və “Türk kinosu günləri”nin açılışında iştirakı da nəzərdə tutulub.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU