AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
22 sentyabr 2018 | 02:09   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.
Tbilisidə keçiriləcək AŞPA-nın Mədəniyyət, elm, təhsil və media  komitəsinin iclasında qeyd olunan sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq.
Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərinin söyləyəcək, təkliflərini verəcək.
Səfər sentyabrın 26-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU