MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
13 iyun 2012 | 03:06   
Paylaşın:        

İyunun 13-də Milli Məclisdə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşdülər.
Görüşdə AŞPA-da nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğunu vurğuladı. O, qonaqlara ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi istiqamətində görülən işlərdən söhbət açdı. Torpaqlarımızın iyirmi faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyon qaçqının hüquqlarının pozulduğunu və beynəlxalq qurumların bu məsələyə lazimi diqqət göstərmədiyini qeyd etdi. Səməd Seyidov ölkəmizin Avropa Şurası ilə ikitərəfli əlaqələrinin bundan sonra da inkişaf etdirmək niyyətində  olduğunu vurğuladı.
Öz növbəsində Pedro Aqramunt Font de Mora səmimi görüşə görə minnətdarlığını bildirdi. Söhbət ikitərəfli dialoq şəkilində davam etdirildi. Qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

 

 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU