QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
24 sentyabr 2018 | 06:09   
Paylaşın:        
Sentyabrın 26-27-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 51-ci iclası keçiriləcək. 
Tədbirdə QDİƏTPA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvü Əflatun Amaşov iştirak edəcək. 
 İclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərdə kiçik sahibkarlığın inkişafı və dəstəklənməsi mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU