GUAM PA-nın SESSİYASINDA

XƏBƏRLƏR
25 sentyabr 2018 | 05:09   
Paylaşın:        

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli qurumun 11-ci sessiyasında iştirak etmək üçün sentyabrın 26-da Moldovanın paytaxtı Kişineu şəhərinə səfər edəcəklər.
Toplantıda “GUAM-ın Demokratiya və İqtisadi İnkişaf Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın perspektivləri”, “GUAM regionunda informasiya təhlükəsizliyi: yeni çağırışlar, əsas hədəflər və birgə səylər”, “GUAM-ın Demokratiya və İqtisadi İnkişaf Təşkilatının beynəlxalq arenada irəliləməsi: quruma üzv ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri” mövzularında müzakirələr aparılacaq.
Sessiya çərçivəsində qurumun Büro və komitələrinin iclasları keçiriləcək. Habelə GUAM PA-nın Büro üzvlərinin Baltik Assambleyanın rəhbərliyi ilə görüşü olacaq. Tədbirlərdə üzv ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər.
Səfər sentyabrın 29-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU