TÜRKPA-nın TƏDBİRİNDƏ

XƏBƏRLƏR
26 sentyabr 2018 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sədaqət Vəliyeva TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Türkiyənin  paytaxtı Ankaraya səfər edəcəkdir.
TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasında “TÜRKPA-ya üzv ölkələrdə innovativ sahibkarlığın perspektivləri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq, geniş fikir mübadiləsi aparılacaq.
Səfər sentyabr 28-də yekunlaşacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU