MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
28 sentyabr 2018 | 05:09   
Paylaşın:        
Sentyabrın 28-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Əli Hüseynli ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının hakim partiyasının gənclər təşkilatı olan “Vahid Rusiya Gənclər Qvardiya”sı Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə görüşdü. 
Qonaqları salamlayan Əli Hüseynli bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri qədim köklərə malikdir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. İki ölkə arasında bir çox sahələrdə, həmçinin parlamentlər arasında sıx əlaqələr mövcuddur, qanun  yaradıcılığı sahəsində səmərəli təcrübə mübadiləsi aparılır. 
Əli Hüseynli bildirdi ki, hər iki ölkənin parlamentlərində gənclər də təmsil olunur və gənclərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu cür səfərlərin təşkili çox müsbət haldır. 
Görüşdə iştirak edən deputatlar - Azərbaycanda Rus İcmasının rəhbəri Mixail Zabelin, Aydın Mizəzadə, Sevinc Hüseynova, Azər Badamov ölkəmizdəki multikulturalizm ənənələri, rus dilinə göstərilən  qayğı və digər məsələlər barədə danışdılar. 
Qəbula görə təşəkkür edən nümayəndə heyətinin rəhbəri Dinar Railoviç Bariyev Azərbaycana səfərdən razılığını bildirdi. Qonaq Azərbaycan və Rusiya gəncləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğuladı. 
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU