DEPUTATIMIZ REGİONAL KONFRANSDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
28 sentyabr 2018 | 04:09   
Paylaşın:        

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Seçimlərə şərait yaratmaq: əhali dinamikası və dayanıqlı inkişaf” mövzusunda regional konfransda iştirak etmək üçün sentyabrın 30-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Konfrans 2030-cu il üçün Dayanıqlı İnkişaf üzrə gündəliyə uyğun olaraq, 2014-cü ildən sonrakı növbəti beş illik dövr üzrə qiymətləndirmənin aparılması məqsədilə BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və BMT-nin Əhali Fondu tərəfindən təşkil olunub. Toplantıda milli, regional və qlobal səviyyələrdə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ƏİBK) Fəaliyyət Proqramının icrasına dair son 20 ildə əldə edilmiş nailiyyətlər diqqətə çatdırılacaq.
Deputatımız mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verəcək.
Səfər oktyabrın 4-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU