QDİƏT PM MƏDƏNİYYƏT, TƏHSİL və SOSİAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN 51-ci İCLASINDA

XƏBƏRLƏR
28 sentyabr 2018 | 03:09   
Paylaşın:        

Milli Məclisin deputatı Jalə Əliyeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 51-ci iclasında iştirak etmək üçün oktyabrın 1-dən 4-dək Bolqarıstanın paytaxtı Sofiyada səfərdə olacaq.
Komitə iclasının açılış mərasimində Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, digər rəsmi şəxslər çıxış edəcəklər.
Gündəlik qəbul edildikdən sonra QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin bu ilin aprelində keçirilmiş 50-ci iclasının protokolu təsdiqlənəcək.
“QDİƏT regionunda turizmin inkişafının cari və gələcək perspektivləri” mövzusuna həsr olunmuş 51-ci iclasda öncə məruzə və tövsiyə dinləniləcək. Hər iki layihə təsdiqlənəcək və bu sənədləri Baş Assambleyada təqdim etmək üçün məruzəçilər təyin olunacaq.
Deputatımız Jalə Əliyeva mövzu ətrafında diskussiyalarda çıxış edəcək, ölkəmizin mövqeyindən məsələyə münasibət bildirəcək. 
                                                                      
                                                                 

         Milli Məclisin
                                                                       Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU