ATƏT PA-NIN PAYIZ SESSİYASINDA

XƏBƏRLƏR
01 oktyabr 2018 | 03:10   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse -prezidenti Azay Quliyev və millət  vəkili Tahir  Mirkişili qurumun payız  sessiyasında  iştirak  etmək  üçün oktyabrın 2-dən 6-dək  Qırğızıstanda  səfərdə olacaqlar.
Bişkək  şəhərində  keçiriləcək toplantıda 3  sessiya  çərçivəsində etimad  və  regional  əməkdaşlıq  vasitəsi ilə  sərhəd  bölgələrində  yeni çağırış və təhdidlərə  qarşı mübarizə, Aralıq  Dənizi Forumu  və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının  gücləndirilməsi barədə  məsələlər  müzakirə ediləcək.  Deputatlarımız  müzakirələrdə  fəal iştirak  edəcəklər. 
Sessiya çərçivəsində Azay Quliyevin sədri olduğu İpək  Yolu Dəstək Qrupunun iclası  da  keçiriləcəkdir.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU