LATVİYADA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
02 oktyabr 2018 | 04:10   
Paylaşın:        

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov  oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq, Milli Məclisin xətti ilə beynəlxalq müşahidəçi qismində Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək.
Deputatımız öncə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq. Oktyabrın 6-da seçki prosesini müşahidə edəcək, demokratik qaydalara riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına,  vətəndaşların fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU