DEPUTATIMIZ İSTANBULDA SƏFƏRDƏDİR

XƏBƏRLƏR
19 iyun 2012 | 10:06   
Paylaşın:        

 Milli Məclisin deputatı Ceyhun Osmanlı  Xəzər  Strateji İnstitutu tərəfindən  keçirilən  tədbirdə iştirak etmək üçün Türkiyədə  səfərdədir.
İstanbulda baş tutan toplantıda qanunvericilik  sahəsində  mövcud  əlaqələrin inkişafı, Türkiyə  mətbuatına  Azərbaycan  gündəliyinin  gətirilməsi üzrə  tədris  məsələsi  müzakirə  ediləcək. 
Deputatımız Azərbaycan parlamentinin əldə etdiyi uğurlar, ölkədə  həyata  keçirilən gənclər  siyasəti barədə tədbir iştirakçılarına danışacaq, müzakirə edilən məsələlərə öz münasibətini  bildirəcəkdir.
Səfər  iyunun 25-də  başa   çatacaq.

 

Milli  Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU