MDB PA-NIN DAİMİ KOMİSSİYASINDA

XƏBƏRLƏR
05 oktyabr 2018 | 05:10   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif  Rəhimzadə  MDB Parlament Assambleyasının Sosial  siyasət  və İnsan  hüquqları  daimi komissiyasının  iclasında  iştirak etmək üçün  oktyabrın 8-dən 11-dək  Rusiya  Federasiyasında  səfərdə olacaq.
Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda quruma üzv  ölkələrin Əmək və Miqrasiya  kodekslərinin model variantlarının işlənməsi, QİÇS-lə mübarizə sahəsində qanunvericiliyin  təkmilləşdirilməsi,  uşaqların sağlamlığının  qorunması ilə bağlı problemlər  və  digər  məsələlər  müzakirə  ediləcək.
Deputatımız iclasda müzakirə  ediləcək məsələlərə öz münasibətini bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU