Milli Məclisin Sədr müavini Bahar Muradova Qarabağ bölgəsində seçicilərlə görüşmüşdür

XƏBƏRLƏR
20 dekabr 2011 | 04:12   
Paylaşın:        

Dekabrın 17-də Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova  partiyanın Ağcabədi rayon təşkilatının VIII konfransında iştirak etmişdir. Həmin gün vitse-spiker bu bölgədə məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşmüşdür. Rayon İcra Hakimiyyətində keçirilən görüşdə bildirilmişdir ki, Ağcabədidə Füzuli rayonundan 67 məcburi köçkün ailəsi məs¬kunlaşmışdır. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi istiqamə¬tində ölkə rəhbərliyinin tapşırıqları burada da uğurla həyata keçirilməkdədir. Tədbirdə məcburi köçkünlərin problemləri ilə bağlı çıxışlar dinlənilmiş və müvafiq tədbir görülməsi üçün görüşdə iştirak edən Ağcabədi və Füzuli Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi tərəfindən qaldırılan məsələlər nəzarətə götürül¬müş¬dür.
Bahar Muradova tədbirdə çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan quru¬cu¬luq işlərindən və sosial iqtisadi siyasətin uğurlu nəticələrindən söhbət açmış, məcburi köçkünlərin problemlərinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu vurğulamışdır.  Vitse-spiker görüş iştirakçılarına IV çağırış Milli Məclisin qanunvericilik fəaliyyəti barədə məlumat vermiş, Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlərdən danışmışdır. Çıxışının sonunda Bahar Muradova görüş iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik etmişdir.
Tədbirə toplaşmış seçicilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına hədsiz minnətdar olduqlarını söyləmiş, seçi¬cilər adından Prezidentə səmimi təşəkkürlərini çatdırmağı xahiş etmişlər.
Görüşdə Qarabağ bölgəsindən seçilmiş millət vəkili Aqil Abbas çıxış edərək sözügedən məsələlərə dair öz fikirlərini bildirmişdir.
Dekabrın 18-də Füzuli rayonuna gələn vitse-spiker rayon rəhbərliyi ilə birgə Mahmudlu-1 kəndində və Zobucuq-1 qəsəbəsində seçicilərlə görüş keçirmişdir. Bahar Muradova əhalinin sosial qayğıları ilə yaxından tanış olmuş, bu yaşayış mən¬təqələrinin qazlaşdırılması, kənddə uşaq bağçasının inşası, içməli su ilə təchizatı, daxili yolların təmiri ilə bağlı təklifləri diqqətlə dinləmiş, bu problemlərlə əlaqədar müvafiq orqanlar qarşısında məsələ qaldıracağına söz vermişdir.
Vitse-spiker görüşdə ölkədə gedən siyasi proseslərdən, abadlıq-quruculuq işlərindən söz açaraq Füzuli rayonunun da bu mənada istisna təşkil etmədiyini və bölgədəki hər bir məntəqənin Azərbaycan rəhbərliyinin qayğısı ilə əhatə olunduğunu söyləmişdir. Tədbirdə seçicilər tərəfindən qaldırılmış bir çox  məsələlərin həlli üçün Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Son illər ölkə rəhbərliyinin göstərişi ilə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində, xüsusilə cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində işlər sürətlə davam etməkdədir. Füzuli rayonunun Horadiz şəhər, Babı, Arayatılı, Molla Məhərrəmli, Kərimbəyli, Böyük Bəhmənli və Şükürbəyli kəndlərində artıq bu proses başa çatmışdır. Alıxanlı kəndinə isə hal-hazırda qaz xətləri çəkilməkdədir.
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi təmsilçilərinin və rayon ictimaiyyətinin iştirakı ilə 400 evdən ibarət Əhmədalılar kəndinə qaz verilməsi mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Bahar Muradova bu münasibətlə kənd sakinlərini təbrik etmiş və bu hadisənin ölkə başçısının məcburi köçkünlərin sosial problemlərinin həllinə göstərdiyi diqqətin nümunəsi kimi dəyərləndirmişdir.
Sonra kəndə təbii qazın verilməsi münasibəti ilə məşəl yandırılmışdır. Kənd sakinləri adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ölkə rəhbərliyinə çatdırmağı xahiş etmişlər. Onlar cəbhə xəttinə daha çox yaxın olan bu kəndin ehtiyaclarını nəzərə alaraq hər bir evə qaz sobası hədiyyə etdiyinə görə “Azəriqaz” İB-nin rəhbər¬liyinə və bu məsələnin həllində göstərdiyi köməkliyə görə Bahar Muradovaya  minnətdarlıqlarını ifadə etmişlər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU