MİLLİ MƏCLİSİN DEPUTATLARI İTALİYADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
21 iyun 2012 | 04:06   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və  deputat, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli iyunun 20-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində keçiriləcək görüşlər zamanı parlament dostluq qrupları arasında əməkdaşlığın inkişafı, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi, nümayəndə heyətlərinin səfərləri  və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər iyunun 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU