PARLAMENTLƏRARASI İTTİFAQIN BAŞ ASSAMBLEYASINDA

XƏBƏRLƏR
12 oktyabr 2018 | 04:10   
Paylaşın:        

 Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və deputat  Kamran Bayramov Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında  iştirak etmək üçün oktyabrın 14-dən 17-dək İsveçrədə  səfərdə olacaqlar.
Cenevrə şəhərində  keçiriləcək toplantıda “Texnoloji  dəyişiklik  və innovasiya  dövründə  sülh  və inkişafın  təşviqində  parlamentlərin rolu” mövzusunda  müzakirələr  keçiriləcək. 
  Assambleya çərçivəsində qurumun Dayanıqlı inkişaf və ticarət, Demokratiya və insan haqları,  Sülh  və beynəlxalq  təhlükəsizlik,  BMT  məsələləri  üzrə daimi  komitələrinin iclasları və debatlar keçiriləcək. 
Burada Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun Parlamentlərarası Assambleya İttifaqının baş katibi   Martin Çunkonqla  görüşü  nəzərdə  tutulmuşdur.  
Səfər zamanı Gənc Parlamentarilərin Forumu keçiriləcək. Deputatımız  Kamran Bayramov forumda iştirak edəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU