DEPUTATLARIMIZ ÇİNƏ SƏFƏR EDİR

XƏBƏRLƏR
16 oktyabr 2018 | 06:10   
Paylaşın:        

Milli Məclisin komitə sədrləri Eldar İbrahimov,  Əhliman Əmiraslanov, Siyavuş Novruzov, deputatlardan Ağalar Vəliyev  və Hüseynbala Mirələmov  oktyabrın 16-dan 25-dək  Çin Xalq  Respublikasında  səfərdə  olacaqlar.
Səfərin  məqsədi  Yeni Azərbaycan Partiyası ilə  Çin Kommunist Partiyası  arasında  ikitərəfli  əməkdaşlığı daha  da  inkişaf  etdirməkdir. Deputatlarımız dost ölkədə  bir  sıra  görüşlər  keçirəcək, tərəfləri  maraqlandıran  məsələlər  barədə  fikir  mübadiləsi  aparacaqlar.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU