MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ NƏZARƏT-BÜDCƏ KOMİSSİYASININ İCLASINDA

XƏBƏRLƏR
16 oktyabr 2018 | 06:10   
Paylaşın:        
Oktyabrın 18-19-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Nəzarət-Büdcə komissiyasının iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edəcək.
İclasda MDB Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi, Təşkilata üzvlük haqlarının formalaşdırılması və istifadəsi mexanizminin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaqdır. 
Səfər oktyabrın 20-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU