BEYNƏLXALQ ORQAN NƏQLİ ŞƏBƏKƏSİNİN QURULTAYI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
16 oktyabr 2018 | 06:10   
Paylaşın:        
Oktyabrın 17-dən 21-dək Türkiyənin Antalya şəhərində Beynəlxalq Orqan Nəqli Şəbəkəsinin birinci qurultayı keçiriləcək.  
Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev iştirak edəcək. 
Türkiyə Orqan Nəqli Vəqfinin Türkiyənin Səhiyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş qurultayda orqan nəqli sahəsində son elmi yeniliklər müzakirə olunacaq, peşəkar inkişaf üçün bu sahədə təcrübə mübadiləsi aparılacaqdır. 
Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrinin tibb mütəxəssisləri ilə görüşlər də nəzərdə tutulmuşdur. 

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU