QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
16 oktyabr 2018 | 12:10   
Paylaşın:        

Milli Məclisin Aqrar  siyasət  komitəsinin  sədr  müavini,  parlamentin Qara  Dəniz  iqtisadi Əməkdaşlıq  Təşkilatı  Parlament  Məclisindəki  nümayəndə  heyətinin rəhbəri Eldar Quliyev qurumun  Hüquq və  Siyasi məsələlər üzrə  komitəsinin  52-ci iclasında  iştirak  etmək  üçün  oktyabrın 16-dan 19-dək  Yunanıstanda  səfərdə olacaq.
Kavala  şəhərində  keçiriləcək toplantıda cari  məsələlərlə yanaşı, quruma  üzv  ölkələrdə  iqtisadi  imkanların  genişləndirilməsi barədə  müzakirələr  aparılacaq,  bununla əlaqədar nümayəndə  heyətlərinin  təklifləri  dinləniləcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU