DEPUTATIMIZ STRASBURQDA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
23 oktyabr 2018 | 05:10   
Paylaşın:        
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin  həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev oktyabrın 24-dən 26-dək Strasburqda səfərdə olacaqdır.  
Səfər çərçivəsində Cavanşir Feyziyev  Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin qarşı tərəfdən olan həmsədri Səyyad Kərim, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolaye və Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun üzvləri ilə bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin cari vəziyyəti və perspektivləri barədə müzakirələr aparacaqdır.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU