DEPUTATIMIZ GÜRCÜSTANDA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
26 oktyabr 2018 | 04:10   
Paylaşın:        

 Milli Məclisin deputatı Əli Məsimli Gürcüstanda prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 27-dən 30-dək  Tbilisi  şəhərində  səfərdə olacaq.
 Seçkilərə GUAM Parlament Assambleyasının xətti ilə qatılan  deputatımız Tbilisi şəhərindəki müxtəlif seçki məntəqələrində olacaq,  vətəndaşların  səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının  tətbiqi  və beynəlxalq  müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaq.


                                                                
Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU