QADIN MİLLƏT VƏKİLLƏRİNİN DÜNYA KONFRANSI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
06 noyabr 2018 | 12:11   
Paylaşın:        
Noyabrın 7-8-də Londonda Qadın millət vəkillərinin Dünya Konfransı keçiriləcək. Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edəcək.
Böyük Britaniya Parlamentinin Qadın və bərabərlik Nazirliyi ilə birlikdə keçirəcəyi konfransda qadınların siyasi həyatda rolu, bu sahədə qadınların səylərinin artırılması mövzularında müzakirələr aparılacaqdır.
Deputatımızın səfəri noyabrın 9-da başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU