AŞPA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
20 noyabr 2018 | 04:11   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA)  nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 21-də Finlandiyanın paytaxtı Helsinki şəhərinə səfər edəcək.
Büronun iclasında Gürcüstanda prezident seçkilərinin müşahidəsinin nəticələri, Moldovada və Ermənistanda keçiriləcək parlament seçkiləri, Assambleyaya daxil olma və davranış qaydaları barədə və s. məsələlərə baxılacaq.
Daimi komitənin yığıncağında “Bərabərlik və qeyri-diskriminasiya”  mövzusunda fikir mübadiləsi aparılacaq, Avropa Şurası Nazirlər Komitəsinin, qurumun Sosial işlər, sağlamlıq və davamlı inkişaf, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin fəaliyyəti müzakirə olunacaq.
Səfər noyabrın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU