TÜRKİYƏDƏ AZƏRBAYCAN HƏFTƏSİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
26 noyabr 2018 | 10:11   
Paylaşın:        

Milli Məclisin deputatı Musa Qasımlı Türkiyə paytaxtında keçiriləcək Azərbaycan həftəsində  iştirak etmək üçün noyabrın 26-da  Ankaraya yola düşəcək.
Tədbiri ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi təşkil edib. Azərbaycan həftəsi çərçivəsində Ulu öndər Heydər Əliyevin Ankara şəhərindəki abidəsi ziyarət olunacaq, qardaş ölkənin Prezident Administrasiyasında və XİN-də görüşlər keçiriləcək.
Strateji Araşdırmalar Mərkəzində elm adamlarının, siyasətçi və diplomatların qatılacağı tədbirdə deputatımız Azərbaycan-Türkiyə münasibətlərinə dair məruzə oxuyacaq, görüşlərdə çıxış edəcək.
Səfər noyabrın 29-da başa çatacaq.

 

 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU