ASİYA PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

XƏBƏRLƏR
27 noyabr 2018 | 05:11   
Paylaşın:        

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 11-ci plenar sessiyasında iştirak etmək üçün noyabrın 28-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Tədbirdə “Asiyada iqtisadi inkişafın təbliği” mövzusunda müzakirələr aparılacaq.
Sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər,  İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Büdcə və planlama üzrə komitələrinin iclasları keçiriləcək.
Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər dekabrın 1-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU