AŞPA-NIN KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
30 noyabr 2018 | 05:11   
Paylaşın:        
Dekabrın 3-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Sosial işlər, sağlamlıq və davamlı inkişaf, həmçinin Təhsil, elm və mədəniyyət komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak edəcəklər.
İclaslarda milli azlıqların hüquqlarının qorunması, Cinayətkarlığa qarşı mübarizədə siyasi liderlərin rolu, Gender bərabərliyinin qorunması, İnsan alveri ilə mübarizə, Miqrasiya böhranının aradan qaldırılması,  Avropada yetkinlik yaşına çatmayanların sağlamlığı, İnsan hüquqları, demokratiya və informasiya cəmiyyəti, İnternetin idarə olunması və insan hüquqları, Demokratik cəmiyyətdə mədəni irsin dəyəri, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığına təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin deputatları müzakirə olunacaq məsələlərlə bağlı çıxışlar edəcək, münasibətlərini bildirəcəklər.  

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU