ATƏT PARLAMENT ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
01 dekabr 2018 | 02:12   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün dekabrın 4-də İtaliyanın Milan şəhərinə səfərə gedəcək.
Büro iclasında ATƏT PA-nın 2019-cu il üçün prioritet fəaliyyət istiqamətləri, Assambleyanın qış və yay sessiyalarının, eləcə də nəzərdə tutulmuş digər iclaslarının gündəliyinə aid məsələlər və aktuallıq kəsb edən digər mövzular  müzakirə olunacaq.
İclasda həmçinin ATƏT Parlament Assambleyasının fəaliyyətini təkmilləşdirmək və institusional səviyyədə yeni təcrübələri tətbiq etmək məqsədilə qurumda keçirilməsi nəzərdə tutulan islahatlara  dair təkliflərə və qurumun seçki müşahidə missiyalarının prosedur qaydalarına dəyişikliklərin edilməsi məsələsinə baxılacaq.
ATƏT-in Nazirlər Şurasının 25-ci iclasında bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Azay Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək.
Səfər dekabrın 8-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU