AŞPA-nın KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
06 dekabr 2018 | 12:12   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə  heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir  Hacıyev Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.
Parisdə keçiriləcək Siyasi işlər  və demokratiya, Hüquqi işlər və insan haqları  komitələrinin iclaslarında quruma  üzv  dövlətlərdə terrorizmə  qarşı mübarizə,  gender  bərabərliyi üzrə dünya  demokratik forumuna hazırlıq, demokratik  seçki prosesi  zamanı  media azadlığının  prinsipləri, referendum keçirilməsi  sahəsində  yeniliklər,  təşkilatda  prosedur  qaydalardan  sui-istifadə  hallarının aradan qaldırılması  və  ekstradisiya şərtləri, üzv  dövlətlərdə  QHT-lərin fəaliyyəti və digər  məsələlər  müzakirə   ediləcək.
Deputatlarımız müzakirə olunacaq məsələlərə öz  münasibətlərini bildirəcəklər. 

 
Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU