ÜMUMMİLLİ LİDER HAQQINDA KİTAB NİDERLANDDA TƏQDİM OLUNACAQ

XƏBƏRLƏR
07 dekabr 2018 | 02:12   
Paylaşın:        

Milli Məclisin deputatı Elmira Axundova dekabrın 9-da Niderland Krallığının Haaqa şəhərinə səfər edəcək. Burada millət vəkilinin müəllifi olduğu “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
İngilis dilinə tərcümə olunmuş kitabın təqdimatında Niderland Parlamentinin deputatları, ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, Avropa Azərbaycanlıları Konqresinin üzvləri iştirak edəcəklər.
Tədbirdə görkəmli dövlət xadiminin ömür yolu, siyasi fəaliyyəti barədə söhbət açılacaq, onunla bağlı xatirələr səsləndiriləcək.
Səfər dekabrın 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU