ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
10 dekabr 2018 | 06:12   
Paylaşın:        

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qrupun üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  dekabrın 10-dan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.
Deputatlarımız ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak edəcəklər. Mərasimə hər iki ölkənin rəsmi şəxsləri,  siyasi xadimlər, diaspor üzvləri, ictimaiyyətin nümayəndələri qatılacaqlar.
Toplantı iştirakçıları ulu öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü  müdrik siyasət barədə fikirlərini söyləyəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.
Səfər dekabrın 13-də başa çatacaq.

*     *     *

Milli Məclisin deputatları - Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və qrupun üzvü Rasim Musabəyov ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcəklər.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılacaq, onun həyatı, siyasi fəaliyyəti, xilaskarlıq missiyası, müasir  Azərbaycan  dövlətinin  qurucusu kimi gərgin əməyi barədə söhbət açılacaq.
Səfər dekabrın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU