ƏHALİ VƏ İNKİŞAF ÜZRƏ PARLAMENT FORUMU KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
10 dekabr 2018 | 02:12   
Paylaşın:        
Dekabrın 12-də və 13-də Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamilə Əliyeva iştirak edəcəklər.
  Ümumdünya Səhiyyə Təşkilatının Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ilə birlikdə təşkil etdiyi Forumda ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və tibbi yeniliklər müzakirə olunacaqdır.

Milli Məclisin
Mətbuat xidməti
  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU