SLOVENİYADA MEHDİ HÜSEYNZADƏNİN 100 İLLİYİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
12 dekabr 2018 | 06:12   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün dekabrın 12-dən Sloveniyada səfərdə olacaq.
Nova Qoritsa şəhərində keçiriləcək tədbirlərdə Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyatı və fəaliyyəti barədə məlumat veriləcək, onun İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı apardığı mübarizədə nümayiş etdirdiyi hərbi şücaətləri barədə xatirələr səsləndiriləcək.
Səfər dekabrın 14-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU