TBİLİSİ HƏMRƏYLİK VƏ İNNOVATİV MALİYYƏLƏŞDİRMƏ FORUMUNDA

XƏBƏRLƏR
13 dekabr 2018 | 10:12   
Paylaşın:        

Milli Məclisin İqtisadi  siyasət, sənaye  və sahibkarlıq  komitəsinin sədri Ziyad Səmədzadə Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak  etmək  üçün dekabrın 14-dən 17-dək Gürcüstanda  səfərdə olacaqdır. 
Gürcüstan hökuməti, parlamenti  və iqtisadi inkişaf  üçün innovativ qrupun qlobal katibliyi ilə birgə təşkil olunan toplantıya BMT-nin  maliyyələşdirmə ilə məşğul olan  milli və  regional  təşkilatlarının üzvləri,  beynəlxalq inkişaf  agentliklərinin və vətəndaş  cəmiyyətinin nümayəndələri qatılacaqlar. Tədbirdə innovativ maliyyələşdirmənin təkmilləşdirilməsi, qlobal həmrəylik vergiləri və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində  mərkəzləşdirilməmiş məlumat bazalarının yeniləşdirilməsi  məsələləri  müzakirə  ediləcək.   
Deputatımız  müzakirə  edilən məsələlərə  öz münasibətini  bildirəcək.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU