DEPUTATIMIZ LONDONDA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
18 yanvar 2019 | 04:01   
Paylaşın:        

Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev yanvarın 19-da Londona səfər edəcək.
Millət vəkili Böyük Britaniyanın İcmalar Palatasında həmkarları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, dostluq qrupları çərçivəsində əməkdaşlıq və digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.
Cavanşir Feyziyev, həmçinin, “London Post” qəzetinin baş redaktoru ilə görüşəcək. Tərəflər maraq doğuran məsələlər barədə öz fikirlərini bölüşəcəklər.
Səfər yanvarın 27-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU