TÜRKPA-nın TƏDBİRİNDƏ

XƏBƏRLƏR
18 yanvar 2019 | 03:01   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  Türkdilli Ölkələrin Parlament Assambleyasının “Meşələrin təbii sərvətlərinin qorunması və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: qanunvericilik və təcrübə” mövzusuna həsr olunmuş seminarında iştirak etmək üçün yanvarın 21-dən Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.
Əhliman Əmiraslanovun moderatorluğu ilə onun rəhbərlik etdiyi TürkPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasında keçiriləcək  “Meşələrin təbii sərvətlərinin qorunması: qanunvericilik və təcrübə” adlı sessiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan iştirakçılar tərəfindən mövzu ilə bağlı təqdimatlar ediləcək, geniş fikir mübadiləsi aparılacaq. Seminar çərçivəsində, həmçinin, “Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: qanunvericilik və təcrübə” adlı sessiya da keçiriləcək.
Səfər zamanı nümayəndə heyətlərinin Türkiyədə fəaliyyət göstərən aidiyyəti qurumlarla tanışlığı da nəzərdə tutulub.
Qeyd olunan tədbirlərdə ölkəmizin yuxarıda adı çəkilən sahələr üzrə mütəxəssislərdən ibarət ekspert qrupu da iştirak edəcək.
Səfər yanvarın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU