AVRONEST PA-nın KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
25 yanvar 2019 | 05:01   
Paylaşın:        

Milli Məclisin Avronest Parlament Assambleyasında  nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova, deputatlar Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Tahir Mirkişili qurumun komitələrinin  iclaslarında iştirak etmək üçün yanvarın 26-da Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsi ilə İqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitəsinin birgə iclasında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində innovasiya və islahatlar: problemlər və imkanlar”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımın stimullaşdırılması məqsədi ilə rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr keçiriləcək.
Enerji təhlükəsizliyi və Siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında “Energetika sahəsində birgə yanaşma və uyğunlaşma”, “Şərq tərəfdaşlığı ölkələrində dövlət qurumlarının səmərəliliyi və demokratiyanın möhkəmləndirilməsi vasitəsi kimi parlament nəzarəti” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.
Deputatlarımız komitə iclasları ilə yanaşı, Belarusa dair işçi qrupunun iclasına da qatılacaqlar.
Nümayəndə heyətimizin üzvləri yığıncaqlarda qaldırılan məsələlərə dair öz fikirlərini açıqlayacaqlar.
Səfər yanvarın 31-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU