BMT-nin İQTİSADİ SOSİAL ŞURASININ TOPLANTISINDA

XƏBƏRLƏR
30 iyun 2012 | 12:06   
Paylaşın:        

Milli Məclisin deputatı Qənirə Paşayeva iyulun 1-də ABŞ-ın Nyu-York şəhərinə səfərə yola düşəcək.
Deputatımız BMT-nin İqtisadi Sosial Şurasının – ECOSOC-un  Yüksək Səviyyəli Toplantısında iştirak edəcək. BMT-nin Baş Qərargahında keçiriləcək tədbirdə minilliyin məqsədlərinə nail olunması üçün kasıblığın aradan qaldırılması yolları araşdırılacaq. Bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində  bacarıqların və faydalı işlərin dəstəklənməsinə diqqət yönəldiləcək.  Toplantıda xarici ölkələrin BMT-dəki nümayəndələri, beynəlxalq təşkilatların və donorların nümayəndələri iştirak edəcəklər.
     ECOSOC-un Yüksək Səviyyəli Toplantısı çərçivəsində qurumun xüsusi məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu işgüzar görüş keçirəcək. Həmin görüşdə Azərbaycanın təmsilçiləri, o cümlədən deputat Qənirə Paşayeva “2015-ci ilə kimi Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinin vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyəti” mövzusunda çıxış edəcəkdir.
Səfər iyulun 7-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU