BALTİK ASSAMBLEYASININ KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

XƏBƏRLƏR
13 fevral 2019 | 03:02   
Paylaşın:        

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, enerqetika və innovasiya, Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün fevralın 14-dən 16-dək Latviyanın paytaxtı Riqada səfərdə olacaq.
Tədbirdə Baltik dövlətlərin birgə qaz və elektrik enerjisi bazarları, “RailBaltica” layihəsinin həyata keçirilməsi,  2021-2027-ci illər üzrə Avropa İttifaqının illik Maliyyə Çərçivəsinə  dair Baltik dövlətlərin vahid mövqeyi, dayanıqlı mobillik, nəqliyyatın təhlükəsizliyi, intellektual nəqliyyat sistemi sahəsində qabaqcıl innovativ layihələr, birgə rüsum sisteminin təqdimatı məsələləri və bununla bağlı Baltik Assambleyasının tövsiyələri müzakirə olunacaq.
Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU