MİLLİ MƏCLİSDƏ “KÖNÜLLÜLƏR PARLAMENTİ-AZƏRBAYCAN, 2019” LAYİHƏSİNİN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

XƏBƏRLƏR
18 fevral 2019 | 05:02   
Paylaşın:        
Fevralın 18-də Milli Məclisdə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Mədəniyyət komitələri arasında görüş keçirildi.
Komitə sədrləri Səməd Seyidov, Rafael Hüseynov və deputat Rasim Musabəyov parlamentin iş prinsipi, komitələrin fəaliyyəti barədə gənclərə məlumat verdilər. İştirakçılar müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, müzakirələrin aparılması və digər məsələlər haqqında məlumatlandırıldılar. Qeyd olundu ki, bu cür layihələr gənclərə böyük təcrübə qazandırır, gələcəkdə onların bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qoruyan təmsilçilər və diplomatlar kimi yetişməsinə şərait yaradır.
Sonra layihə iştirakçılarına ölkəmizdə aparılan gənclər siyasəti, qanunvericilik prosesi, həyata keçirilən islahatlar haqqında da məlumat verildi.
Tədbirin sonunda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU