İSRAİLDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
18 fevral 2019 | 05:02   
Paylaşın:        

Fevralın  19-da İsrailin Tel-Əviv şəhərində Xocalı soyqırımının 27-cı il dönümünə həsr olunmuş tədbir keçiriləcək. Toplantıda Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Rasim Musabəyov iştirak edəcəklər.
Tədbir Akko şəhərinin bələdiyyəsi, Azərbaycan Evi, Azərbaycan yahudilərinin əlaqələndirici mərkəzi, “İctimayət üçün beynəlxalq layihələr” qeyri-hökümət təşkilatı tərəfindən həyata keçirilir.
Yığıncaqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, burada baş vermiş faciə ilə bağlı Heydər Əliyev fondunun hazırladığı  fotosərqi nümayiş etdiriləcək, “Ağrı” adlı bədii–sənədli roman təqdim olunacaq.
Səfər fevralın 23-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU