ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

XƏBƏRLƏR
19 fevral 2019 | 11:02   
Paylaşın:        
Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 23-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqdır. 
Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildirlər. 
Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında “Uzun sürən münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri”, “ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində effektiv idarəetmə”, “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.   
İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.
Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ATƏT PA-nın İpək Yoluna dəstək qrupunun tədbirlərinə qatılacaq, Avstriyanın İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən “Twin-Continent-1520” adlı yeni innovativ layihə ilə tanış olacaqlar. 
Səfər çərçivəsində Vyanada İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası da keçiriləcək. Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev son bir ildə görülən işlər və gələcək fəaliyyət haqqında üzv ölkələrin nümayəndələrinə məlumat verəcək. İclasda İtaliyanın qrupa üzvlük haqqında etdiyi müraciət,  Qrupun 2019-cu ildə təşkil edəcəyi Beynəlxalq İpək Yolu Konfranslarına hazırlıq və digər məsələlər  müzakirə olunacaqdır.

Milli Məclisin
Mətbuat  xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU