MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
03 iyul 2012 | 10:07   
Paylaşın:        

Iyulun 2-də Milli Məclisdə Kolumbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kolumbiya Senatının nümayəndələri ilə görüşdü.
Qrupun rəhbəri Xanlar Fətiyev qonaqları salamlayaraq, onları parlamentdə görməyindən məmnun olduğunu bildirdi. Millət vəkili Milli Məclisin tərkibi, qanunvericilik fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verdi. Azərbaycanla Kolumbiya arasında  gələcəkdə əlaqələrin daha sıx inkişaf edəcəyinə ümüdvar olduğunu bildirdi. O, Kolumbiya Senatında Xocalı faciəsinin tanınması ilə bağlı qəbul olunan sənədi yüksək qiymətləndirərək, təşəkkürlərini bildirdi.
Səmimi qəbula görə minnətdarlıq edən senator xanım Alexandra Moreno Pirakive Azərbaycanla əlaqələrin ölkəsi üçün çox əhəmiyyətli olduğunu vurğuladı. İki ölkə arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Kolumbiyanın daxilində qaçqın probleminin olduğunu bildirən qonaq ölkəmizin işğal faktını pisləyərək tezliklə ədalətin bərqərar olacağına ümüd etdiyini dedi. 
Çıxış edən deputatlar ölkəmizin tarixi barədə qonaqlara ətraflı məlumat verərək, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Kolumbiya dövlətinə minnətdarlıqlarını bildirdilər.
Görüş səmimi söhbətlə davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU