MİLLİ MƏCLİSDƏ “KÖNÜLLÜLƏR PARLAMENTİ-AZƏRBAYCAN, 2019” LAYİHƏSİNİN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

XƏBƏRLƏR
20 fevral 2019 | 04:02   
Paylaşın:        
Fevralın 20-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə  komitəsinin sədr müavini Aydın Mirzəzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı və komitənin üzvü Elşən Musayev Milli Məclisdə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə görüş keçirdilər.
Deputat Aydın Mirzəzadə bildirdi ki, könüllülər hərəkatı son illər gənclərimizi daha çox əhatə etməyə başlayıb və özünü doğruldub. Gənclər bu hərəkata qoşulmaqla ictimai həyatda ilk addımlarını atırlar və burada qazanılmış təcrübə onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmasına yardımçı olacaq. 
Deputatlar Məlahət İbrahimqızı və Elşən Musayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, aparılan islahatlardan danışdılar, belə görüşlərin əhəmiyyətini qeyd etdilər.  Millət vəkilləri gənclərə təmsil etdikləri komitələrin gördükləri işlər, qanun yaradıcılığı prosesi,  parlamentin iş prinsipi barədə məlumat verdilər. Layihə iştirakçıları müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, prosedur qaydalar və digər məsələlər haqqında məlumatlandırıldılar. 
Tədbirin sonunda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU