DEPUTATIMIZ MOLDOVADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
20 fevral 2019 | 12:02   
Paylaşın:        

Milli Məclisin deputatı Sabir Haciyev fevralın 21-də Moldova Respublikasının paytaxtı Kişineu şəhərinə  səfərə gedəcək.
Millət vəkili Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının  və İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçi missiyasının tərkibində Moldovada keçiriləcək parlament seçkilərini izləyəcək.
Sabir Haciyev, həmçinin, Xocalı soyqırımı ilə əlaqədar burada  keçiriləcək tədbirdə iştirak edəcək. Deputatımız toplantı iştirakçilarına  bu faciə barədə ətraflı məlumat verəcək,  Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlərdən danışacaq.
 Səfər fevralın 26-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU