XOCALI SOYQIRIMININ 27-ci İLDÖNÜMÜ MOSKVADA QEYD OLUNACAQ

XƏBƏRLƏR
23 fevral 2019 | 10:02   
Paylaşın:        

Milli Məclisin deputatı Rasim Musabəyov fevralın 24-dən 27-dək Rusiya paytaxtında səfərdə olacaq.
Deputatımız Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə  fevralın 25-də Moskvada keçiriləcək anım mərasimində iştirak edəcək, tədbirə toplaşanlara Xocalı faciəsi barədə ətraflı məlumat verəcək.

 

Milli Məclisin
Mətbuat xidməti 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU