DEPUTATLARIMIZ BOLQARISTANDA SƏFƏR OLACAQLAR

XƏBƏRLƏR
02 iyul 2012 | 05:07   
Paylaşın:        

Milli Məclisin deputatları Siyavuş Novruzov, Mahir Aslanov və Rauf Əliyev iyulun 3-dən Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaqlar.
Deputatlarımız burada Bolqarıstan-Azərbaycan əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər çərçivəzində millət vəkilləri ölkə parlamentində olacaq, Bolqarıstanın  rəsmi şəxsləri ilə bir sıra  görüşlər keçirəcəklər.
Səfər iyulun 6-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU