BOLQARISTANDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
22 fevral 2019 | 04:02   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf Əliyev fevralın  24-də  Bolqarıstanın Sofiya şəhərində Xocalı soyqırımının 27-cı il dönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.
Toplantı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil ediləcək. Yığıncaqda Bolqarıstanın dövlət və özəl qurumları, KİV nümayəndələri, diplomatik korpusun rəhbərləri və diqər qonaqlar iştirak edəcəklər.
Bolqar ictimaiyyətinin Xocalı faciəsi barədə məlumatlandırılması məqsədilə Sofiya şəhərinin mərkəzində yerləşən Hərbi Klubda Azərbaycan Dövlət Pantomima Teatrının truppası tərəfindən “Xocalı-bu olub” tamaşası göstəriləcəkdir.
Səfər fevralın 26-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU