DEPUTATIMIZ TÜRKPA-nın KOMİSSİYASININ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
27 fevral 2019 | 05:02   
Paylaşın:        

Milli Məclisin  deputatı Hikmət Məmmədov Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquqi məsələlər və beynəlxalq  əlaqələr komissiyasının 7-ci iclasında və TÜRKPA üzv ölkələrin milli qanunvericiliyinin  uyğunlaşdırılmasına dair 3-cü seminarda  iştirak  etmək üçün  fevralın 28-də Qazaxıstanın paytaxtı Astana şəhərinə   səfərə gedəcək.
Orada TURKPA-nın 10 illik yubileyi münasibətilə Mükafatlandırma mərasimi də keçiriləcək.
Millət vəkili məsələlər barədə öz fikirlərini bildirəcək.
Səfər martın 2-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU